525.Az

BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək


 

BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən iyunun 27-də pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçiriləcək.

BDU-dan 525.az-a bildirilib ki, təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir. “Açıq qapı” günü müxtəlif sahələr üzrə hüquqi məsləhətləri əhatə edəcək.

Müraciət edən şəxslərə BDU-nun Hüquq fakültəsinin vəkil-müəllimləri tərəfindən peşəkar hüquqi yardım göstəriləcək.

Bu cür təşəbbüslərin gələcəkdə silsiləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Vətəndaşlar hüquqi məsələlərlə bağlı müraciətlərini BDU-nun Hüquq Klinikasına ünvanlaya və ya “Açıq qapı” günü ərzində birbaşa iştirak edə bilərlər.

Əlavə məlumat və qeydiyyat üçün [email protected] ünvanına müraciət edilməlidir.

 





04.06.2026    çap et  çap et