525.Az

Keşlədə obyektdə yanğın başlayıb


 

Keşlədə obyektdə yanğın başlayıb<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A. Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

525.az-a nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 





04.06.2026    çap et  çap et