525.Az

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək


 

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlər mövsümü yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək.

525.az-a bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, artıq Bak-Ağstafa-Bakı marşrutu üzrə səfərlər 13 iyundan başlayaraq 31 avqusta qədər hər şənbə və bazar təşkil olunacaq.

Sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

 





04.06.2026    çap et  çap et