525.Az

Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək


 

Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək<b style="color:red"></b>

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı bu gün müvəqqəti dayandırılacaq.

525.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində yerləşən diametri 89 millimetr olan qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar iyunun 4-də saat 15:00-dan etibarən ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri müddətində ümumilikdə 1000 abonentin qazla təminatında fasilə yaranacaq.

 





04.06.2026    çap et  çap et