525.Az

"Rəqəmsal keçid müqavimətlə qarşılaşır" - Nəqliyyat ekspert


 

"Rəqəmsal keçid müqavimətlə qarşılaşır" -  <b style="color:red"> Nəqliyyat ekspert </b>

"Rəqəmsal keçid müqavimətlə qarşılaşır, bunun üçün düşüncə dəyişikliyi baş verməlidir fikri səsləndirilir. Bu yanaşma təkcə logistika və nəqliyyat sahəsində deyil, şəhər mobilliyinin transformasiyasında da özünü açıq şəkildə göstərir. Yeni texnologiyalar, rəqəmsal həllər, ictimai nəqliyyatın prioritetləşdirilməsi, mikromobillik və insanyönümlü küçə konsepsiyaları çox vaxt texniki deyil, məhz düşüncə baryerləri ilə üzləşir".

Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib.

Mütəxəssis qeyd edib ki, əslində transformasiyanın ən çətin hissəsi infrastrukturun qurulması deyil, insanların və institutların dəyişən reallığa uyğunlaşmasıdır. Çünki yeni yanaşmalar mövcud vərdişləri, idarəetmə modellərini və uzun illər formalaşmış stereotipləri dəyişməyi tələb edir:

"Şəhər mobilliyində də rəqəmsallaşmada olduğu kimi, uğurun əsas şərti texnologiyanın tətbiqi deyil, onun arxasında duran düşüncə tərzinin yenilənməsidir. Dəyişiklik yalnız yeni alətlər əldə etməklə deyil, həmin alətlərdən istifadənin zəruriliyini qəbul etməklə mümkün olur. Bu baxımdan, rəqəmsal keçid və şəhər mobilliyinin transformasiyası eyni çağırışla üz-üzədir: texnologiyadan əvvəl düşüncə transformasiyası".

Sevinc Qarayeva 

 





04.06.2026    çap et  çap et