“Avropa İttifaqı Rusiya tərəfindən Ermənistanın bəzi məhsullarının idxalına qoyulan qadağa və məhdudiyyətlər fonunda Ermənistana əlavə dəstək verəcək”.
525.az xəbər verir ki, bu barədə Ermənistan ixracatçıları ilə görüş zamanı Aİ-nin bu ölkədəki səfiri Vasilis Maraqos bidirib.
Səfir deyib ki, Ermənistan ixracatçıları və iş adamları ilə görüşün məqsədi Avropa İttifaqının ixrac bazarlarının şaxələndirilməsində onlara necə dəstək verə biləcəyi ilə bağlı təkliflərini dinləməkdir.
O xatırladıb ki, Avropa İttifaqı Ermənistanın özəl sektorunu dəstəkləmək üçün çoxsaylı proqramlar həyata keçirib.
Pərvanə Sultanova
çap et