3 iyun 2026-cı il tarixdə AYB-nin Natəvan klubunda mərhum şair Vaqif Hüseynovun anadan olmasının 90 illiyi münasibətilə anım tədbiri keçirilib.
525.az xəbər verir ki, tədbirdə AYB rəhbərliyi və əməkdaşları, MM-nin deputatları, alimlər, ziyalılar, yazıçı və şairlər,yubilyarın ailə üzvləri və qohumları iştirak ediblər.
Tədbiri giriş sözü ilə AYB sədrinin müavini Rəşad Məcid açıb. O, tədbir iştirakçılarını salamlayıb,Vaqif Hüseynovun ədəbi yaradıcılığını yüksək qiymətləndirib.
Tədbir AR MM-nin deputatı, şair, yubilyarın bacısı oğlu Elçin Mirzəbəylinin moderatorluğu ilə davam edib.
Tədbirdə MM-nin deputatı, komitə sədri Anar İsgəndərov, tanınmış yazıçılar Hüseynbala Mirələmov və Yaşar Rzayev, AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli, MM-nin deputatları Vasif Qafarov, Elman Nəsirov və Fariz İsmayılzadə, professor İslam Qəribli, tanınmış şair Ağacəfər Həsənli, tanınmış yazıçı Nurəddin Ədiloğlu çıxış edərək yubilyarla bağlı xatirələrini, ürək sözlərini bölüşüblər.
Yubilyarın nəvəsi, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Nigar Məsimova babası ilə bağlı arzu və istəklərini ifadə edib.
Tədbirdə tanınmış qiraətçı Müşfiqə Baləddinqızının və təqaüdçü müəllim Nübar Abiyevanın ifasında yubilyara məxsus şeirlər alqışlarla qarşılanıb.
Yubilyarın qızı Xalidə Vaqifqızı çıxıs edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir Elçin Mirzəbəylinin yekun sözü ilə başa çatıb.
Sonda xatirə şəkilləri çəkilib.







çap et