525.Az

"Tayvan siyasəti Esvatininin beynəlxalq təcridinə səbəb ola bilər” -  Çin XİN


 

"Tayvan siyasəti Esvatininin beynəlxalq təcridinə səbəb ola bilər” - <b style="color:red"> Çin XİN</b>

"Tayvanın “müstəqilliyinə” ümid bəsləmək perspektivsizdir və bu, Esvatini üçün inkişaf imkanlarının itirməsi ilə nəticələnəcək". 

525.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (ÇXR) rəsmi nümayəndəsi Mao Nin brifinqdə deyib.

Afrika və Tayvan KİV-nin məlumatına görə, Lay Tsindenin Esvatiniyə səfərindən əvvəl və sonra Tayvanın Demokratik Tərəqqi Partiyası rəhbərliyi bu ölkəyə təxminən 25 milyard yeni Tayvan dolları məbləğində maliyyə vəsaiti ayırıb. Həmçinin bildirilib ki, müvafiq layihələrdən əldə olunan gəlirlər tam şəkildə krala və kral ailəsinə məxsus olacaq. Eyni zamanda, bu layihələrdən Tayvanın Esvatinidəki nümayəndələrinin də faydalanacağı qeyd olunub.

Mao Ninin sözlərinə görə, bu məlumatlar bir daha göstərir ki, Lay Tsinde administrasiyası “Tayvanın müstəqilliyi” gündəliyini irəli aparmaq naminə hər cür addım atmağa hazırdır. O bildirib ki, Tayvan administrasiyasının israfçı “dollar diplomatiyası” ada sakinlərinə çox baha başa gəlib və faktiki olaraq Tayvanın hər bir sakininin üzərinə 1000 yeni Tayvan dollarından artıq yük qoyub. 

XİN rəsmisi vurğulayıb ki, Esvatininin Tayvanın “diplomatik müttəfiqi” olaraq qalması xalqa real fayda vermir, əksinə bundan qazanc əldə edən azsaylı şəxslərin maraqlarına xidmət edir. 

Mao Nin bir daha xatırladıb ki, “vahid Çin” prinsipi beynəlxalq ictimaiyyət tərəfindən geniş qəbul olunmuş mövqedir və beynəlxalq münasibətlərin əsas normalarından biridir. Çin diplomatik münasibətlər qurduğu 53 Afrika ölkəsinə sıfır gömrük rüsumu rejimi təqdim edir. Halbuki Esvatini Afrikada hələ də Tayvanla rəsmi diplomatik əlaqələri saxlayan yeganə dövlətdir.

“Tayvanın müstəqilliyi”nə ümid bağlamaq nəticəsizdir. Bu siyasət Esvatininin inkişaf imkanlarını əldən verməsinə və ölkənin beynəlxalq təcridə sürüklənməsinə səbəb olacaq”, - XİN rəsmisi söyləyib.

Pərvanə Sultanova

 





04.06.2026    çap et  çap et