Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
çap et