525.Az

Bəhreynin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb


 

Bəhreynin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb<b style="color:red"></b>

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

 





04.06.2026    çap et  çap et