525.Az

"Burada əsas məsələ həmin güzəştlərin hansı həddən tətbiq olunacağıdır" - Mütəxəssis fikri


 

"Burada əsas məsələ həmin güzəştlərin hansı həddən tətbiq olunacağıdır" - <b style="color:red">Mütəxəssis fikri</b>

“Məcburi dövlət sosial sığorta ayırmaları hər bir vətəndaşın gələcək pensiya təminatı baxımından vacibdir. Bu ödənişlər vətəndaşın Dövlət Sosial Müdafiə Fondundakı fərdi hesabında pensiya kapitalı kimi toplanır və şəxs pensiya hüququ əldə etdikdən sonra həmin kapitalın həcminə uyğun olaraq pensiya alır. Bu baxımdan məcburi dövlət sosial sığorta ayırmalarının ləğvindən söhbət gedə bilməz”.

Bu fikri iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a bildirib. Ekspertin sözlərinə görə, fiziki şəxslərin gəlir vergisi ilə bağlı müəyyən güzəştlərin azgəlirli vətəndaşlara tətbiq olunması mümkün hesab edilə bilər. Burada əsas məsələ həmin güzəştlərin hansı həddən tətbiq olunacağıdır:

«Bunun hansı formada həyata keçiriləcəyi ayrıca müzakirə mövzusudur. Belə güzəştlərin tətbiqi ilkin mərhələdə büdcə gəlirlərinə müəyyən mənfi təsir göstərə bilsə də, kölgə iqtisadiyyatının azalması və əmək münasibətlərinin leqallaşdırılması baxımından müsbət nəticələr verə bilər".

Sevinc Qarayeva 
 

 





05.06.2026    çap et  çap et