“Liverpul”un yeni baş məşqçisi açıqlanıb.
525.az xəbər verir ki, komandanı Andoni İraola çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmasa da, İngiltərə mətbuatı sözləşmənin 2 illik olduğunu yazıb. İraola bu vəzifədə mövsümün sonunda komandadan göndərilən Arne Slotu əvəz edib.
Qeyd edək ki, Andoni İraolanın son iş yeri “Bornmut” olub. Onun komandası 2025/26 mövsümünü 6-cı pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb. “Liverpul” isə mövsümü 60 xalla 5-ci sırada bitirib.
çap et