“Dollar və avro qlobal inflyasiyadan qorunmaq üçün ənənəvi vasitədir. Xüsusilə idxal olunan malların qiyməti dollarla bağlı olduğu üçün dollar əmanəti manatın alıcılıq qabiliyyətini qorumağa kömək edir. Avro isə Avropa ilə ticarət və səfərlər üçün əlverişlidir”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. İqtisadçının sözlərinə görə, kredit, kommunal, məktəb pulu kimi manatla ödəniləcək xərclər üçün manat, uzunmüddətli əmanət üçün isə tək valyutaya üstünlük verilir:
“2-3 aya xərclənəcək pulları manatda saxlamaq daha məqsədəuyğundur. Qısa müddətə xərclənəcək pulları dollara çevirməyə ehtiyac uoxdur. Valyuta alqı-satqısı zamanı bank komissiyası, alqı-satqı fərqi itkisi olur və qısa müddətdə dolların 1-2 manat oynanması bu xərci ödəməyə bəs etmir”.
Sevinc Qarayeva
çap et