Trek velosipedi üzrə Azərbaycan milli komandası bu ilin iyul ayında Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıqları davam etdirir.
Azərbaycan Velosiped İdmanı Federasiyasından 525.az-a verilən məlumata görə, yığma yarışa baş məşqçi Vladimir Buşanski və böyük məşqçi Elçin Qasımovun rəhbərliyi altında hazırlaşır.
Velosipedçilər hazırlıq çərçivəsində Slovakiyanın Presov şəhərində təşkil olunacaq “GP Presov” beynəlxalq turnirində mübarizə aparacaqlar. Komandanın heyətində Tural İsrafilov, Maksim Trendelyov (hər ikisi U23), Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov, Nihad Xudoyev (hamısı gənclər) və Viktoriya Sidorenko yer alıb.
çap et