525.Az

DSMF 5 ayda 86 minə yaxın elektron arayış verib


 

DSMF 5 ayda 86 minə yaxın elektron arayış verib<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 85 598 elektron arayış alınıb.

525.az bu barədə Fonda istinadən xəbər verir.

Bu arayışların 38 330-u pensiya, 21 876-sı müavinət və təqaüd, 16 753-ü fərdi şəxsi hesab, 3 379-u ünvanlı dövlət sosial yardımı, 918-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 968-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 3 374-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

 





05.06.2026    çap et  çap et