525.Az

"Süni intellekt ən yaxşı halda əlavə dəstək ola bilər" - Şura katibi


 

"Süni intellekt ən yaxşı halda əlavə dəstək ola bilər" - <b style="color:red">Şura katibi </b>

“Süni intellekt əsaslı “robot repetitor” ideyası ilk baxışda bir qədər fantastik görünsə də, artıq bir çox ölkələrdə bu, reallığa çevrilməkdədir. ABŞ-da, Cənubi Koreyada, Yaponiyada və Avropanın bir sıra ölkələrində süni intellekt tədrisin ayrılmaz hissəsi olub. Məsələn, Koreyada şagirdlər hər gün AI platformaları vasitəsilə testlər həll edir, müəllimlər isə nəticələri izləyərək zəif mövzuları daha dərindən izah edirlər. ABŞ-da bəzi universitetlərdə tələbələr “AI Teaching Assistant” vasitəsilə gecə saatlarında belə suallarını cavablandırırlar. Yaponiyada isə virtual müəllimlər xüsusən dil öyrənmədə geniş tətbiq olunur. Amma əsas sual budur: belə sistemlər müəllimi tam əvəz edə bilərmi? Əslində, müəllim sadəcə dərs izah edən şəxs deyil. Müəllim şagirdə ruh verən, bəzən bir kəlməsi ilə onun gələcək yolunu dəyişən bir bələdçidir”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bu fikirləri 525.az-a bildirib. Katib vurğulayıb ki, Süni intellekt ən yaxşı halda əlavə dəstək ola bilər:

“Başqa sözlə, müəllimlə robot repetitor bir-birinə rəqib deyil, əksinə, bir-birini tamamlayan tərəflərdir. Riyaziyyatda gündəlik məşqləri və nümunələri AI repetitor izah edə bilər, amma motivasiya zəifdirsə, şagirdə ruh verəcək yenə də insan müəllim olacaq. Tarix və coğrafiyada faktları öyrənmək üçün virtual müəllim çox faydalı ola bilər, amma hadisələr arasında səbəb-nəticə əlaqəsini dərin müzakirə etmək üçün müəllimlə ünsiyyət vacibdir”.

Sevinc Qarayeva 
 

 





05.06.2026    çap et  çap et