525.Az

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 mlrd. manatı ötüb


 

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 mlrd. manatı ötüb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manata yaxın olub.

525.az-a Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

İndiyədək ölkə ərazisində 113.935 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

 





05.06.2026    çap et  çap et