525.Az

Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib


 

Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib<b style="color:red"></b>

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

525.az-a AFFA-dan verilən məlumata görə, “Sabah”ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

 





05.06.2026    çap et  çap et