525.Az

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub


 

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub<b style="color:red"></b>

İyunun 4-5-də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada bir sıra görüşlər keçirib.

525.az-a İcmanın mətbuat xidmətindən bildirilib ki, növbəti görüş Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutub.

TBMM-in Sağlıq, Ailə, Çalışma və Sosial İşlər Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının millət vəkili Vedat Bilginlə görüşdə iki qardaş ölkə arasında gündən-günə inkişaf edən əməkdaşlıq münasibətlərindən bəhs olunub. Həmçinin parlamentlərarası dostluq qruplarının fəaliyyəti, qarşılıqlı əlaqələrin genişləndirilməsi və Qərbi Azərbaycan mövzusunda birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ortaq tarixi-mədəni irsin təbliği məsələləri barədə də danışılıb.

 





05.06.2026    çap et  çap et