"Avropa İttifaqı ilə Azərbaycan tərəfdaşlığının 30 illiyini qeyd edir. 1996-cı ildə tərəflər arasında ikitərəfli saziş imzalandı. Bu saziş hələ də qüvvədədir, amma dünya dəyişdiyi üçün bu sazişi də vaxtaşırı yeniləyirik".
525.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Başkov Gəncədə keçirdiyi brifinqdə bildirib.
O deyib ki, 2-3 iyunda Azərbaycanla intensiv müzakirələr keçirildi:
"Bu müzakirələr tərəfdaşlığın mühüm aspektlərini əhatə edirdi. Bu bir prosesdir davam edir, sazişin imzalanmasına hələ var, lakin əməkdaşlıq sahələri artıq müəyyən edilib. Bunlar ətraf mühüt, ekologiya yaşıl şəhərlər, insanlar arasında əlaqə, akademik sahələrdir. İki tərəfin nəzərdə layihələri həm də Gəncəyə aiddir. Bunlardan biri də Merlər Razılşmasıdır. Əsas məqsəd mmübadilə və inkişafdır. Bu özündə şəhərsalma, yaşıllaşma və s. əhatə edir", - o deyib.
Pərvanə Sultanova
çap et