Krasnorayarsk yaxınlığında, "Mayak" bağçılıq təsərrüfatında güclü yanğın baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar idarəsi məlumat yayıb.
Alov 6 bağ evini tamamilə məhv edib. Yanğınla mübarizəyə 70 canlı qüvvə, 18 texnika cəlb olunub. Alovun digər evlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alanlara bağlı məlumat verilmir. Bundan başqa yanğının baş vermə səbəbi də məlum deyil.
L.Tağıyeva
çap et