Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
525.az xəbər verir ki, "Neftçi" klubunun sabiq prezidenti Sadıq Sadıqov vəfat edib. Məlumata görə, 60 yaşlı keçmiş klub rəhbəri ürək tutması səbəbindən dünyasını dəyişib.
Xatırladaq ki, S.Sadıqov 2009-2015-ci illərdə "Neftçi"nin prezidenti olub. Onun rəhbərliyi dövründə "ağ-qaralar" ölkə futbolunda uğurlu nəticələr əldə edərək üç dəfə Azərbaycan çempionu olub, iki dəfə isə Azərbaycan Kubokunu qazanıb.
çap et