525.Az

Azərbaycan millisi Maltaya uduzdu


 

Azərbaycan millisi Maltaya <b style="color:red"> uduzdu</b>

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxıb.

525.az xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşıb. Matç rəqib yığmanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

 





06.06.2026    çap et  çap et