525.Az

"Belə davam etsə, “Kayzerslautern”də qalmayacam" - Mahir Emreli


 

"Belə davam etsə, “Kayzerslautern”də qalmayacam" - <b style="color:red"> Mahir Emreli</b>

Almaniyada “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli komandadan ayrılmağı düşünür.

525.az xəbər verir ki, o, Malta ilə yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırarkən bu haqda danışıb.

2-ci bundesliqanın son oyunlarında iştirak ərizəsinə daxil edilməyən futbolçu bildirib: "Təbii ki, belə davam etsə, qalmaq barədə düşünməyəcəm. Onsuz da bu addım ilk olaraq məndən gəlməyib. Məşqçi nədənsə çıxıb belə bir açıqlama vermişdi. Bu oyunlar da o baxımdan önəmlidir ki, həm fiziki formam yerində qalsın, həm də digər klublar oyunumu görsünlər. Bununla bağlı menecerlərim məşğul olurlar. Reallıq odur ki, klubla 2 illik müqaviləm var. Açıq şəkildə gedəcəyimi, yaxud da qalacağımı demək çətindir".

 





06.06.2026    çap et  çap et