525.Az

Binədə mağazada yanğın baş verib


 

Binədə mağazada yanğın baş verib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

 





06.06.2026    çap et  çap et