Gəncədə Heydər Əliyev meydanında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən "Avropa Şəhərciyi" təşkil olunub.
525.az xəbər verir ki, Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi - 2026” tədbiri Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Aİ-nin Azərbaycandakı səfiri xanım Mariyana Kuyundciç çıxışında billirib ki, 2016-cı ildə Gəncənin Avropa Gənclər Paytaxtı elan olunması münasibətilə şəhərdə ilk “Avropa Şəhərciyi” təşkil edilib:
“Bu gün həmin tədbirin 10 illiyini qeyd edirik. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyini də bu gözəl şəhərdə qeyd etməkdən məmnunuq”.
O, tədbirin təşkilinə görə şəhər rəhbərliyinə təşəkkür edib:
“Burada Aİ-ni təmsil edən 17 səfirlə birlikdəyik. Onlar Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveçi təmsil edirlər. Onların hər birinə dəstəkləri üçün minnətdaram”.
Daha sonra səfirlər öz dillərində iştirakçıları salamlayıblar.
Tədbir zamanı qonaqlar Aİ-yə üzv dövlətlərin çadırlarını ziyarət etməklə Aİ haqqında daha çox məlumat əldə etmək imkanı qazanıblar.
Həmçinin uşaqlar üçün müxtəlif maraqlı oyunlar, üz boyama, kukla tamaşası, stolüstü oyunlar və s. keçirilib.
Viktorina müsabiqələri Avropa və Azərbaycanın zəngin rəqs və musiqi proqramı təqdim edilib.



Pərvanə Sultanova
çap et