Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici bazarlara 79.3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
525.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 48,5% artıb.
Təkcə aprel ayında meşə fındığı ixracından gəlirlər 10.9 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
çap et