21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxıb.
525.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gəlib.
İsparta şəhərindəki “Sav” stadionunda keçirilən matçdan millimiz 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.
çap et