Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb.
525.az Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir.
Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-da başa çatacaq. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
çap et