525.Az

"Ölümsüzlər"in 3-cü cildi çap edildi


 

"Ölümsüzlər"in 3-cü cildi çap edildi<b style="color:red"></b>

 Elşad Baratın şəhidlərə yazdığı şeirlərdən ibarət "Ölümsüzlər" adlı kitabın üçüncü cildi işıq üzü görüb.

Müəllifin verdiyi məluamta görə, kitabda 100-ə yaxın şəhid haqqında ətraflı məlumat, şeir və şəkillər toplanıb.

Kitaba ön sözü Xalq şairi Sabir Rüstəmxanlı yazıb.

"Zərdabi-Nəşr" MMC tərəfindən çap olunan kitabın redaktoru tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu,  korrektorları Elmira İsmayılova və Tahir Ələkbərlidir. 

Kitab şair, publisist, alim və iş adamı Məhəmməd Rəsuloğlunun maddi dəstəyi ilə çap edilib.

Qeyd edək ki, 44 günlük savaşdan sonra Elşad Barat qarşısına çox böyük vəzifə qoyaraq İkinci Qarabağ müharibəsində şəhid olan hər bir qəhrəmana aid şeir həsr edəcəyini açıqlamış, onların adını əbədiləşdirmək niyyəti ilə yola çıxmışdır.

 





07.06.2026    çap et  çap et