İranın cənub-şərqindəki Saravan rayonunda silahlı toqquşma olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında baş verib.
Qarşıdurma zamanı ümumilikdə 5 nəfər həlak olub. Ölənlərdən 4-ü silahlı qrupun üzvü olub. Bir nəfər isə bir təhlükəsizlik əməkdaşı həyatını itirib.
İbrahim Cəfərov
çap et