525.Az

Yaya Ture baş məşqçi təyin edildi


 

Yaya Ture baş məşqçi təyin edildi<b style="color:red"></b>

"Mançester Siti" və "Barselona"nın sabiq futbolçusu Yaya Ture baş məşqçi təyin olunub.

525.az xəbər verir ki, 42 yaşlı veteran futbolçu "Slovan"ı çalışdıracaq.

Bu barədə Bratislava klubunun rəsmi saytı məlumat yayıb.

Ture daha əvvəl “Tottenhem”, “Stantard” klublarda və Səudiyyə Ərəbistanı millisində köməkçi məşqçi kimi çalışıb.

Qeyd edək ki, “Slovan” Slovakiya çempionatında 2025/26 mövsümünün qalibi olub.

 





08.06.2026    çap et  çap et