"Məlum olduu kimi, Azərbaycanda texnoloji məhsulların qiyməti çox yüksəkdir. Ona görə bahadır ki, bunların kənardan, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün belə gətirilməsinə müəyyən məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərə rüsum, qeydiyyata alınma məsələləridir. Ona görə də yalnız idxalçılar, distribüterlər rolunda Bir neçə şirkət çıxış edir və onlar tərəfindən ölkəyə bu məhsullar gətirildiyinə görə, qiyməti də onlar müəyyən edir”.
Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərovun deyib. Ekspertin sözlərinə görə, həmin modellərin satışını həyata keçirən distribüterlər arasında rəqabət yoxdur. Bir məhsulun satışı zamanı bir neçə şirkət çıxış edir:
“Ona görə də qiymətlər hədsiz şəkildə formalaşır. Bizdə belə problemlər var. Qiymətləri yüksək edən bir amil də bankların stimullaşdırıcı kreditləşdirmə siyasətidir. Yəni, banklar məhsulları satan qurumlarla birbaşa əlaqəyə girərək, hətta müxtəlif kartlar dövriyyəyə buraxaraq o məhsulların satışını genişləndirir. Bu da məhsulun yaxşı satış etməsinə görə imkan yaradır ki, qiymət artırılır. Süni amillərə görə qiymət artımı Azərbaycanda şişirdilir”.
Sevinc Qarayeva
çap et