525.Az

Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edəcək


 

Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Baş prokuror Kamran Əliyev paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev iyunun 12-də saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nərimanov rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Nərimanov rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

 





08.06.2026    çap et  çap et