525.Az

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb


 

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Bu barədə 525.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib

Bildirilib ki, bu ilin yanvar – may aylarında yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 14 milyon 175 min manat təşkil edib.

 





08.06.2026    çap et  çap et