525.Az

Nigeriyada hərbçilər yüzlərlə girovu azad etdi


 

Nigeriyada hərbçilər yüzlərlə girovu azad etdi<b style="color:red"></b>

Nigeriya ordusu Borno ştatında xüsusi əməliyyat nəticəsində "Boko Haram" terror qruplaşmasının girov saxladığı 416 sakini azad edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər əməliyyata bir neçə həftə hazırlaşıblar və hücum detallarına kimi planlaşdırılıb.

Kamerunla sərhəddə Mandra dağında terrorçulara məxsus lagerdə saxlanılan girovların azad olunması zamanı 2 azyaşlının öldüyü bildirilir. Azad olunanların əksəriyyəti martın əvvəllərində  Nqoşo rayonunda oğurlanan qadınlar və uşaqlardır.

Xatırladaq ki, həmin vaxt "Boko Haram" digər terror təşkilatı olan "İslam dövləti" ilə birlikdə hərbi bazaya hücum etmiş, 90-dan çox hərbçini qətlə yetirmiş və 300-dən çox sakini girov götürmüşdü.

L.Tağıyeva

 





08.06.2026    çap et  çap et