525.Az

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib


 

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən 525.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

 





08.06.2026    çap et  çap et