525.Az

Modriç oyun sayında Messiyə çatdı


 

Modriç oyun sayında Messiyə çatdı<b style="color:red"></b>

Xorvatiya millisinin kapitanı Luka Modriç yığma komandada keçirdiyi oyunların sayına görə Lionel Messi ilə eyni göstəriciyə çatıb.

525.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi Sloveniya ilə yoldaşlıq görüşündə meydana çıxmaqla milli komandada 198-ci matçını keçirib. 

Hazırda milli komandalarda ən çox oyun keçirən futbolçular siyahısında Modriç və Messidən öndə yalnız iki oyunçu yer alır. Bunlar 227 oyunla Kristiano Ronaldo (Portuqaliya) və 202 oyunda iştirak etmiş Bader Al-Mutavadır (Küveyt).

Qeyd edək ki, Luka Modriç karyerasında beşinci dəfə dünya çempionatında iştirak edəcək. Daha əvvəl yayılan xəbərlərə görə, 40 yaşlı yarımmüdafiəçi mundialdan sonra karyerasını başa vurmağı planlaşdırır.

 





08.06.2026    çap et  çap et