“Kart məlumatlarının təhlükəsizliyinin təmin olunması üçün vətəndaşlar bir sıra vacib qaydalara əməl etməlidirlər. İlk növbədə, kartın PIN kodu, CVV kodu, SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodları və internet-bankçılıq şifrələri heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmaq olmaz ki, bank əməkdaşları da daxil olmaqla heç bir rəsmi qurum bu məlumatları telefon zəngi və ya mesaj vasitəsilə tələb etmir. Belə məlumatları istəyən şəxslər əksər hallarda dələduzlar olur. Buna görə də vətəndaşlar daim diqqətli və ehtiyatlı davranmalıdırlar”.
Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a bildirib. İqtisadçının dediyinə görə, yalnız etibarlı internet saytlarında ödəniş etmək, mobil bank tətbiqlərində əməliyyat bildirişlərini aktivləşdirməyi və kart hesabını mütəmadi nəzarətdə saxlaq lazımdır. Şübhəli əməliyyat aşkar edildiyi təqdirdə isə dərhal bankla əlaqə saxlanmalı və kart bloklaşdırılmalıdır:
“Nəticə etibarilə, nağdsız ödənişlər müasir iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilib və həm iqtisadi inkişaf, həm də maliyyə şəffaflığının təmin olunması baxımından mühüm rol oynayır. Lakin bu sistemin üstünlüklərindən maksimum səviyyədə yararlanmaq üçün vətəndaşların rəqəmsal maliyyə savadlılığının artırılması və təhlükəsizlik qaydalarına ciddi əməl etməsi böyük əhəmiyyət daşıyır".
Sevinc Qarayeva
çap et