525.Az

Culfada Vəkil Bürosunun açılışı olub


 

Culfada Vəkil Bürosunun açılışı olub<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda Vəkil Bürosu fəaliyyətə başlayıb.

525.az xəbər verir ki, açılış mərasimində muxtar respublikanın rəsmi şəxsləri, Vəkillər Kollegiyasının rəhbərliyi və yerli vəkillər iştirak edib.

Açılış mərasimi çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib.

Mərasim çərçivəsində vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

 





08.06.2026    çap et  çap et