Yaxın Şərqdəki son zorakılıq halları kövrək atəşkəslərin təhlükələrini və onların dözülməz nəticələrə səbəb ola biləcəyini açıq şəkildə xatırladır.
525.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında yazıb.
O, bütün tərəfləri təmkinli olmağa çağırıb:
“Qardaşlarımız və tərəfdaşlarımızla münaqişənin dinc və diplomatik həllini tapmaq üçün səylə və vicdanla çalışarkən, xüsusən də son məqsədə yaxınlaşdığımız bir vaxtda bütün tərəfləri təmkinli olmağa və sülhə daha bir şans verməyə çağırırıq. Gəlin zorakılıq və dağıntı əvəzinə, parlaq, uğurlu perspektivlər vəd edən sülh və diplomatiya yolunda davam edək”, - Baş nazir bildirib.
Pərvanə Sultanova
çap et