525.Az

"Nə danışıqlar masasını, nə də döyüş meydanın tərk etmişik" - Pezeşkian


 

"Nə danışıqlar masasını, nə də döyüş meydanın tərk etmişik" -<b style="color:red"> Pezeşkian</b>

"Bizim prioritetimiz milli təhlükəsizlik və xalqımızın əmin-amanlığıdır".

525.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

O qeyd edib ki, xalqın hüquqlarını qətiyyətlə müdafiə edirik və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik.

“Diplomatiya və müdafiə milli gücün iki qanadıdır; nə döyüş meydanın, nə də danışıqlar masasını tərk etmişik. Birlik və rasional yanaşma ilə İran bu sınaqdan da qalib çıxacaq”,- Pezeşkian söyləyib.

Pərvanə Sultanova

 





08.06.2026    çap et  çap et