Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
525.az xəbər verir ki, təbrikdə deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Panama xalqı və Hökuməti adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi, xalqınıza davamlı rifah və tərəqqi arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edərkən, Panama ilə Azərbaycanı birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini, qarşılıqlı anlaşmanı daha da möhkəmləndirməklə bağlı səmimi arzumuzu bildirməklə yanaşı, sülhə və inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.
çap et