525.Az

Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu


 

Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu<b style="color:red"></b>

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Şahdağ Qusar”ın yeni baş məşqçisi bəlli olub.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Füzuli Məmmədovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Füzuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.

 





08.06.2026    çap et  çap et