Rusiyalı kaskadyor Pavel İvanov "Russkiy forsaj" avtoşousunda yeni dünya rekordunu müəyyənləşdirib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hərəkətdə olan avtomobilin üzərindən ardıcıl 4 dəfə geriyə salto vurub.
Mütəxəssislərin fikrincə bu, olduqca təhlükəli hərəkətdir. Kaskadyorlar bunun üçün aylarla məşq edirlər. Özü də müəyyən təhlükəsizlik tədbirləri görməklə.
Qeyd edək ki, İvanova daha bir rekord məxsusdur. Belə ki, o, ötən il yağ tökülmüş döşəmədən təkan verməklə 4 avtomobilin üstündən tullanmağı bacarmışdı.
L.Tağıyeva
çap et