525.Az

Tülkü balasına görə metroda hərəkət dayandırıldı 


 

Tülkü balasına görə metroda hərəkət dayandırıldı <b style="color:red"></b>

Finlandiyanın paytaxtı Helsinkidə tülkü balasının hərəkət zolağına çıxması üzündən metropolitendə hərəkət bir müddətə dayandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay dünən səhər saatlarında baş verib.

Kontula rayonunda tuneldə tülkü balası görünüb. Dərhal həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb. Əraziyə metropoliten işçiləri ilə yanaşı 2 xilasetmə  qrupu göndərilib. Bütün cəhdlərə baxmayaraq, heyvanı tutmaq mümkün olmayıb.

Qeyd edək ki, bu ərazidə ötən həftə də eyni hal yaşanmışdı. O vaxt da tülkü balası qaçıb gizlənə bilmişdi. Hər iki olayın səbəbkarının məhz eyni tülkü balası olduğu ehtimal edilir.

L.Tağıyeva

 





09.06.2026    çap et  çap et