525.Az

Malta yaxınlığında 10 miqrantın meyiti tapıldı 


 

Malta yaxınlığında 10 miqrantın meyiti tapıldı <b style="color:red"></b>

İtaliyanın Hərbi Dəniz Qüvvələrinə məxsus patrul qayığı Malta sahillərində 10 miqrantın meyitini tapıb.

525.az xarici KİV-ə istinadən xəbər verir, ölənlər Liviyadan Maltaya qeyri-qanuni yolla miqrasiya edənlərdir.

Buna kimi Malta sahillərində miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 48 nəfər balıqçı gəmiləri vasitəsilə xilas edilmişdi. 

Qeyd edək ki, hələ də 2 nəfər itkin düşmüş hesab olunur. Onların tapılması istiqamətində əməliyyat davam etdirilir.

L.Tağıyeva

 





09.06.2026    çap et  çap et