525.Az

İndoneziyada vulkan püskürdü, 1 gündə 9 dəfə


 

İndoneziyada vulkan püskürdü, 1 gündə 9 dəfə<b style="color:red"></b>

Flores adasındakı Levotobi vulkanı dünən gün ərzində 9 dəfə kül püskürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, külün hündürlüyü vulkanın kraterindən 2,2 km yüksəkliyə qalxıb.

Bu, dəniz səviyyəsindən 3,8 km hündürlük deməkdir. Kül buludu küləyin təsiri ilə qısa zamanda qərb və şimal-qərb istiqamətində yayılıb.

Yerli hakimiyyət orqanları ada sakinlərinə və turistlərə kraterdən minimum 5 km məsafədə qalmağı və maskadan istifadəni tövsiyə edib.

L.Tağıyeva

 





09.06.2026    çap et  çap et