"Lill" Olivye Jirunun müqaviləsinin müddətini uzadıb.
525.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı hücumçu ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Olivye Jiru 2025-ci ilin yayından "Lill"də çıxış edir. Fransa millisinin sabiq üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 44 oyunda 11 qol vurub, 1 qol ötürməsi edib.
çap et