2025-ci ildə fiziki şəxslərdən gəlir vergisi üzrə daxilolmalar 1 milyard 989 milyon manat proqnoza qarşı 2 milyard 21,5 milyon manat (32,5 milyon manat və ya 1,6 faiz çox) icra olunub.
525.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabatı”nda öz əksini tapıb.
2024-cü illə müqayisədə isə daxilolmalar 182,3 milyon manat və ya 9,9 faiz çox artıb.
Hesabata əsasən, gəlir vergisi üzrə proqnozun artıq icra edilməsinə əsas səbəblərdən biri orta aylıq nominal əməkhaqqının artımı olub. Belə ki, orta aylıq nominal əməkhaqqı 2024-cü illə müqayisədə 9,3 faiz artaraq 1 milyard 102,9 manat təşkil edib. Eyni zamanda, əməkhaqqı fondu 2,4 milyard manat və ya 10 faiz artıb.
Bununla yanaşı, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə də daxilolmalar proqnozu üstələyib. Belə ki, 6 milyard 344 milyon manat proqnoza qarşı icra 6 milyard 694,6 milyon manat olub ki, bu da proqnozdan 350,6 milyon manat və ya 5,5 faiz çoxdur.
Mənfəət vergisi üzrə büdcəyə daxil olan vəsaitin 58,3 faizi və ya 3 milyard 904,2 milyon manatı qeyri-neft-qaz sektorunun, 41,7 faizi və ya 2 milyard 790,4 milyon manatı isə neft-qaz sektorunun payına düşüb.
çap et